Bakıda meyiti tapılan iş adamının ölümünün DETALLARI

Bir həftə əvvəl Bakıda dünyasını dəyişən “AZE BİLİŞİM FİNANS” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı bəzi detalalr açıqlanıb.
Avtosfer.az xəbər verir ki, iş adamının müəmmalı ölümü ilə bağlı hüquq müdafiəçisi Rəhim Xoyski paylaşım edib.
"Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir ? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evimin sahibi və polislər vasitəsilə evə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım", - deyə Xoyksi bildirib.
Onun sözlərinə görə, polislər və prokurorluq əməkdaşları ilə evə baxış keçirilərkən, şprisdə olan dərmanın ampulası nə zibil yeşiyində, nə də mərhumun yanında tapılıb.
"Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs deyildi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdır", - deyə hüquq müdafiəçisi qeyd edib.
Onu da bildirək ki, Ali Akşun dekabrın 20-də Türkiyədə Serinyol qəbiristanlığında dəfn edilib.O, tanınmış iş adamı yaşar Akşunun oğludur.
Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












