Bakıda niqablı qadın əri tərəfindən vəhşicəsinə döyüldü - VİDEO

Bakıda qadın əri tərəfindən döyülüb.
Aralarında baş verən mübahisə zamanı əri tərəfindən ağır xəsarət aldığını iddia edən gənc qadın ürəyindən iki ay öncə əməliyyat olunduğunu deyib.
Aldığı ağır yumruq zərbəsi nəticəsində cərrahi əməliyyatın tikişi sökülüb, qanaxma yaranıb. Qadın deyir ki, hadisə yerinə Təcili Tibbi Yardım Briqadası da gəlib.
O, həyat yoldaşı ilə sosial şəbəkələrin birində tanış olub. Gənc qadın iddia edir ki, əri sosial şəbəkə üzərindən dini tədrislə məşğul olub.
Gənc xanımın da diqqətini məhz belə cəlb edib. Bundan sonra tərəflər iki-üç ay danışıblar, bir il əvvəl ailə qurmağa qərar veriblər. Tərəflər rəsmi nikaha girməsələr də, kəbin kəsdiriblər.
22 yaşına kimi atasının himayəsində yaşadığını iddia edən zərərçəkmiş deyir ki, ögey anası ilə yola getmədiyindən o, öz anasının yanına gəlib. Bundan sonra anasının təkidi ilə dayısı oğlu ilə ailə qurub. İlk ailəliliyi də uğursuz olub. Bundan sonra anası və atası onu qəbul etməyiblər. Gənc bir müddət sonra ikinci dəfə indiki əri ilə ailə qurub. Asim də onun məhz ikinci həyat yoldaşıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub. Qadın polis əməkdaşlarının iştirakı ilə ekspertizadan keçirilib. Ardınca Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq müəssisəyə yerləşdirilib.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












