Bakıda oğurluq edən şəxs satıcıları bıçaqlayıb və avtomobillə vurub

Bakının Sabunçu rayonunda satıcılar oğurluğun qarşısını alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, "Rahat market"dən hələlik şəxsiyyəti məlum olmayan şəxs dəyəri 490 manat olan spirtli içkini oğurlayıb.
Naməlum şəxs qaçarkən satıcılar 1999-cu il təvəllüdlü Nuriyev Elsəvər Seymur oğlu və 1998-ci il təvəllüdlü Yunusov Fərid Mürşüd oğlu onun izinə düşüb.
Araq oğurlayan şəxs əvvəlcə bıçaqla F.Yunusova xəsarət yetirib.
Daha sonra avtomobili ilə E.Nuriyevi vurub. Buna baxmayaraq satıcılar oğurlanan məhsulu geri ala bilib.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Oğurluq edərək satıcılara xəsarət yetirən şəxs saxlanılıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onlara ilkin tibbi yardım göstəriıib. Həyatı təhlükələri yoxdur.
Mağaza müdiri hər iki satıcını mükafatlandırıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












