Bakıda piyadanı döyən "BakuBus" sürücüsü cəzalandırıldı - VİDEO - YENİLƏNİB

Bakıda avtobus sürücüsünün piyadanı döyməsinə rəsmi münasibət bildirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, açıqlama verən "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva baş verən faktı təsdiqləyib.
O qeyd edib ki, insident ötən gün, saat 19:30-da "BakuBus" MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında baş verib.
"Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Əsgərov Babək piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb.
Sözügedən hadisə ilə bağlı avtobusun sürücüsü Əsgərov Babəkin əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib.
Bir məsələyə də aydınlıq gətirmək istərdim ki, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların əksinə olaraq, bu hadisədə iştirak edən sürücü daha əvvəl yol-nəqliyyat hadisəsi törətmiş şəxs deyil.
Həmin hadisə zamanı ictimaiyyətə verilən açıqlamada da qeyd olunduğu kimi, hadisənin iştirakçısı sürücü Ramin Təhməzov olub", - deyə Ə. Əliyeva vurğulayıb.
Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, "BakuBus" MMC-də hər gün səhər reysə çıxmazdan əvvəl sürücülərə nəqliyyat vasitəsini idarə etmək üçün "Yol vərəqəsi" təqdim olunur.
"Yol vərəqəsində sürücünün idarə edəcəyi avtobusun dövlət qeydiyyat nişanı qeyd olunur. Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır. "BakuBus" MMC olaraq yaşanan insidentə görə sərnişinlərimizdən üzr istəyir və belə hallarla qarşılaşdıqda dərhal bizə məlumat vermələrini xahiş edirik", - deyə Ə. Əliyeva bildirib.
***
Bakıda avtobus sürücüsü piyadanı döyüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb.
Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub.
Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrut bu ilin mart ayında qəza törədib.
Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzov avtobusu hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında park halında olan avtomobillərə çırpıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












