Bakıda piyadanı vurub qaçan sürücü ilə bağlı AÇIQLAMA - VİDEO

"İyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub".
Avtosfer.az xəbər verir ki, bu məlumatı sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı verib.
"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və təqsirkar sürücünün müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir", - deyə məlumatda bildirilib.
***
Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobili ilə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəxsi vurub və hadisə yerindən qaçıb.
Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yerüstü piyada keçidi var.
(oxu.az)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












