Bakıda qardaş və bacı bir-birini BIÇAQLADI - VİDEO - YENİLƏNİB

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 36 yaşlı Rafael Qurbanovun bacısına və özünə xəsarət yetirməsinin təfərrüatı məlum olub.
Belə ki, R.Qurbanovun özünə xəsarət yetirmək istədiyi, bu zaman 32 yaşlı bacısı Sura Qurbanovanın ona mane olmağa çalışdığı bildirilir.
Hadisə zamanı Rafael Qurbanov bacısının kürək və qarın nahiyələrinə bıçaqla xəsarət yetirib.
Yaralı qadına qonşuları tərəfindən ilkin tibbi yardım göstərilib.
"Qızı götürüb evə gəldim. Yarasına tampon qoyanda dedi ki, qardaşım da yaralıdır. Soruşdum ki, necə yəni yaralıdır? Dedi ki, özünü kəsdi. Sonra anası gəldi. Ona dedim ki, oğlunu axtarsın, görsün hansı tərəfdədir, ona da yardım etsin", - deyə hadisə şahidi bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
***13:33
Bakının Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində baş verən bıçaqlanma hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 1-i saat 15 radələrində iki nəfər (bir qadın, bir kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir"./oxu.az
***21:47, 01 sentyabr
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az teleqraf.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaqlayıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












