Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restoranlardan birində baş verib. Əli tanış olduğu qadınla müştəri qismində restorana gəlib və orada yeyib-içiblər. Bir müddətdən sonra Əli ilə həmin xanım arasında mübahisə yaranıb. Mübahisəni görən restoranın aşpazı Əhmədəli Əliyev (soyad şərtidir) söhbətə müdaxilə edərək Əlini vurub. Mübahisə qızışıb və nəticədə restoranın icarədarı və digər şəxslər birləşərək Əlini döyüb, ona müxtəlif bədən xəsarətləri yetiriblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ə.Əliyev xuliqanlıqda təqsirləndirilib, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və elektron nəzarət qolbağı tətbiq olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












