Bakıda sahibkar qadınlar türk iş adamına görə dava etdi - İş məhkəməlik oldu

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən məlumatına görə, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp Ağdemirə görə baş verib.
Belə ki, Mania Nəcəfzadə Bakıdakı evini Talıp Ağdemirə müvəqqəti yaşamaq üçün verərək, İstanbula gedib. İlahə Hacıyava həmin evdə Talıp Ağdemirlə görüntülərini Mania Nəcəfzadəyə göndərib. Bundan qəzəblənən Mania Nəcəfzadə İstanbuldan Bakıya gələrək, İlahə Hacıyavadan polisə şikayət edib.
Tərəflər polisdə qarşılaşıb, izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Bundan sonra Mania Nəcəfzadə əsəblərini cilovlaya bilməyib və İlahə Hacıyavanın sağ çiyin nahiyəsindən vuraraq, sağlamlığın uzun müddət pozulmasına səbəb olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurub.
Məhkəmənin qərarı ilə sahibkar qadın barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib.
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO











