Bakıda "saxla" əmrinə tabe olmayan sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT

Bakıda polisin "saxla" əmrinə tabe olmayaraq iki yol patrul xidməti avtomobilini əzən, polis əməkdaşlarından birinə də xəsarət yetirən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, 35 yaşlı Ümid Nəsrullayev Yasamal rayonu ərazisində "Hyundai" markalı avtomobildə olan zaman yol patrul xidməti əməkdaşları ona "saxla" əmri veriblər. Lakin Ümid avtomobili saxlamaq istəməyib. Ümid maşının ön və arxa hissəsində dayanmış maşınları vuraraq ərazidən uzaqlaşmaq istəyib. O, avtomobilini irəli və geri hərəkət etdirərək iki polis maşınına çırpılaraq ümumilikdə 9 min manata yaxın maddi ziyan vurub.
İttihama görə, Ümid maşının mühərrikini söndürmək istəyən polis əməkdaşlarından birinə də xəsarət yetirib.
Polis şöbəsinə aparılan Ümidin avtomobilinə baxış keçirilən zaman marixuana və narkotik tərkibli preqabalin aşkar edilib.
Ümid ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, astma və epilepsiya xəstəliklərindən əziyyət çəkdiyi üçün preqabalin həblərindən istifadə etdiyini etiraf edib. O, maşınından çıxan marixuananın ona məxsus olmadığını deyib.
İstintaq zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. İstintaq orqanı sübut kimi onun telefonuna gələn mesajlara da istinad edib.
Araşdırma zamanı məlum olub ki, Ümid daha əvvəl də bir neçə maddə ilə məhkumluq həyatı yaşayıb.
Törətdiyi əməllərə görə Ümid Nəsrullayev bu dəfə 6 il azadlıqdan məhrum edilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












