Bakıda sərxoş kişi polis bölməsində xuliqanlıq etdi

Bakıda içkili vəziyyətdə intihara cəhd edən şəxs polisə qarşı xuliqanlıq edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, metronun "Koroğlu" stansiyasının qarşısındakı körpüdə baş verib.
Şəmkir rayonundan olan 1995-ci il təvəllüdlü Tamerlan Məmmədov sərxoş vəziyyətdə körpüyə çıxaraq özünü atmaq istədiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib və vətəndaşı fikrindən daşındırıblar.
Polis bölməsinə gətirilən Tamerlan izahat verərkən otaqdan qəfil çıxaraq, təhlükəsizlik üçün asılmış yanğınsöndürmə balonunu götürərək insanlara hücum etməyə başlayıb. O, balonla binanın pəncərələrinin şüşələrini qırıb, polis əməkdaşlarını təhqir edib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tamerlan 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












