Bakıda sərxoş şəxs küçədə iki xəstə qardaşı bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki qardaşa xəsarət yetirməkdə təqsirləndirilən Üzeyir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ü.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki parkda baş verib.
Şəhər sakini Ü.Məmmədov Dəniz adlı sevgilisi ilə birlikdə spirtli içki qəbul edərək parkdakı söhbətgahda əyləşərək yenidən yemək yeyib, içki qəbul etməyə başlayıb. Həmin vaxt söhbətgahda Nicat və Rəşad adlı iki qardaş da olub. Üzeyir söhbətgahda olan pişiyi söydüyü üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Üzeyir epilepsiya xəstəsi olan Rəşada bıçaqla xəsarət yetirib. Rəşadın epilepsiya keçirdiyini görən kar və lal olan qardaşı Nicat ona yardım etmək istəyərkən Üzeyir onu da bıçaqlayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü.Məmmədov saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












