Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..."

Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılıb.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahin Məsimov "Mercedes-Benz CLS 63 AMG" markalı avtomobillə Nərimanov rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edib.
O, avtomobili qəfil sürətləndirərək, yolun səthində təkər izləri buraxmaqla və güclü sürtünmə səsləri yaratmaqla ictimai qaydanı və əhalinin dincliyini pozub. Bu hərəkətləri ilə o, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, yol hərəkəti qaydalarını davamlı şəkildə pozub.
Faktla bağlı Şahin Məsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə prosesində Məsimov törətdiyi əməldən peşman olduğunu bildirib və qeyd edib ki, sanitar su qovşağına tələsdiyindən avtomobili yüksək sürətlə idarə edib.
Məhkəmənin qərarı ilə o, qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə yanaşı, 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Şahin Məsimov "Esma Kivos Ceramic” MMC-də satış üzrə direktor vəzifəsində çalışır. Onun atası Emil Elbrus oğlu Məsimov isə həmin şirkətin qanuni təmsilçisi və baş direktorudur. "Esma Kivos Ceramic" MMC hamam otaqları üçün mebel və digər avadanlıqların topdan satışı ilə məşğuldur.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












