Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb maşın aldı

Bakıda 43 yaşlı taksi sürücüsü müştəriyə məxsus 30 min dolları ələ keçirib. Həmin pulla özünə maşın alıb, bir həftə hoteldə qadınlarla əyləncə məclisləri təşkil edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşamış Anar Vəliyevin sonuncu cinayət əməlindən gedir.
Belə ki, Anar Vəliyev Bakıda sərnişin kimi avtomobilinə əyləşən Ülfət adlı şəxsin əşyalarını və nağd pulunu ələ keçirib.
İstintaqla müəyyən edilib ki, Anar müştərinin sərxoş olmasından istifadə edərək onu maşından düşürərək qaçıb. Ülfətin mobil telefonunu, bahalı geyim əşyalarını və paltarların arasında gizlətdiyi 30 min dolları ələ keçirib.
Həmin pulun 21 min manatına özünə "Hyundai" markalı maşın alıb. Bakıda hotellərdən birində 6 günlük otaq kirayələyərək hər gün orada müxtəlif qadınlarla əyləncə məclisləri təşkil edib. Özünə mobil telefon da alıb.
Bundan başqa, Anar Vəliyevin boşandığı xanımına aliment ödəmədiyi üçün də məsuliyyətə cəlb edildiyi məlum olub.
Onun daha bir cinayət əməli də üzə çıxıb. Belə ki, Anar Vəliyev bankomatdan pul çıxaran şəxsi aldadaraq onun 3 min manat vəsaitini ələ keçirib.
Törətdiyi əməllərə görə özünü təqsirli bilən Anar Vəliyev 30 min dollarlıq cinayət əməli barədə danışarkən bunları deyib:
"Sərnişin sərxoş idi. Hara getdiyini bir neçə dəfə soruşdum. Amma demədi. Mən də əsəbiləşib onu "Motodrom" kimi tanınan ərazidə düşürdüm. Dedim ki, gedək bizdə çay içək. Maşından düşən kimi mən də oradan uzaqlaşdım. Məqsədim ondan canımı qurtarmaq idi. Səhər maşına baxanda telefon və paltarların arasındakı pulu gördüm. Ondan sonra pulu xərcləmək qərarına gəldim".
Məhkəmənin hökmü ilə Anar Vəliyev 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxsə isə sadəcə alınan "Hyundai" markalı avtomobil qaytarılıb. Qalan zərər Anar Vəliyev tərəfindən ödənilməyib.
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB
Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - FOTO - VİDEO
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB










