Bakıda təhqirə görə tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda təhqirə görə otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hikmət Muxtarov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 4-də Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı, Hikmət Muxtarovun mübahisə zamanı təhqirə görə bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. H.Muxtarov şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












