Bakıda yarım milyon manat mənimsəyən "general"a hökm oxundu

Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizova hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri ilə külli miqdarda dələduzluğa yol verib.
Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəlcədən MİDA-nın "Güzəştli mənzil" sistemi barədə məlumat əldə edib və yanına gələn vətəndaşlara bu sistemin iş prinsipi barədə ətraflı izahat verib. O, zərərçəkmiş şəxsləri MİDA-nın qeydiyyatına salmaq adı ilə onları guya "investor" adlı proqrama daxil edəcəyini vəd edib.
Mirdaməd Əzizov bu yolla vətəndaşların etimadını qazanaraq, "Yeni Yasamal" yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta "general" geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.
Məhkəmənin qərarı ilə Mirdaməd Əzizov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB
Hərəkətdə olan "Kamaz" dəhşət saçdı - VİDEO
Qayalar yolun ortasına düşdü - Lahıc yolunda uçqun - VİDEO
Vətəndaşdan torpağa görə əlavə 980 manat tələb edildi – QURUMDA ÖZBAŞINALIQ
Bakıda şagirdlərin davası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Onlayn satış tətbiqinə kiberhücum; müştərilərin məlumatları ələ keçirildi - RƏSMİ
İşıqforun son saniyələrində yolu qaçaraq keçən piyadalar təhlükə yaratdı - VİDEO
Azərbaycanda DƏHŞƏT: 14 yaşlı oğlan FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO
Maştağada evlər 2 aydır su altındadır; kimdir müqəssir? - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO








