Bakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ - VİDEO

Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Sökülən evin sahibi Həbib Hacıyev deyir ki, 3 ildir tikinti şirkəti ailəsini evdən çıxarmağa çalışır. Buna razı olmadığı üçün isə evi zorla sökməyə çalışıblar.
Vətəndaş deyir ki, tikinti şirkəti ona evin qarşılığında rəsmi şəkildə heç bir məbləğ təklif etməyib.
Avtosfer.az məlumat verir ki, söküntü işlərini aparan "Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Arzuman Murtuzayev isə bildirir ki, bugünkü hadisə ilə bağlı tapşırığı şirkət verməyib, işçilər səhvən ediblər: "Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat artıq - 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir".
Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Söküntü mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












