Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - YENİLƏNİB

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.(Unikal)
***
Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub.
Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və cütlük ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını "TikTok"da paylaşıb.
Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.
Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan .Əsgəovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildiribmiş. Hadisə vaxtı S. Əsgərov sərxoş olub.
Qeyd edək ki, T. Abdullayev Sənan Əsgərovun qızı T. Əsgərovanın ikinci ailəsi olub. Sənan Əsgərovun qızı T. Əsgərovanın iki övladı var.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Şəmkirdə qətl hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü T. Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən T. Abdullayevi aralarında baş verən münaqişə zamanı qayınatası 1968-ci il təvəllüdlü S. Əsgərov bıçaqla vurub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qətlin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ











