Bal ayına getdi, ildırım vurub öldürdü

ABŞ-ın Florida ştatında bal ayı keçirən 29 yaşlı Ceyk Rozenkrants dənizdə dayandığı zaman ildırım vurması nəticəsində həyatını itirib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Hadisə Florida ştatının məşhur Nyu Smirna Biç çimərliyində baş verib. Ceyk Rozenkrants dayaz suda dayandığı vaxt havanın açıq olmasına baxmayaraq, ildırım onu vurub. Hadisənin şahidləri bildiriblər ki, faciənin baş verdiyi ərazidə birbaşa fırtına müşahidə olunmayıb, lakin bir neçə mil aralıda güclü hava hadisəsi qeydə alınıb. Hadisə yerinə gələn tibbi yardım briqadası Rozenkrantsa ilkin yardım göstərib və reanimasiya tədbirləri həyata keçirib. Daha sonra o, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Yerli KİV-in məlumatına görə, həmin gün ildırım vurması nəticəsində daha iki nəfər də xəsarət alıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












