Baş nazirin evini yandırmaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmerlə əlaqəli ünvanlarda və bir avtomobildə baş vermiş üç yanğın hadisəsi ilə bağlı bir nəfərə rəsmi ittiham irəli sürülüb.
Avtosfer.az “BBC”yə istinadla xəbər verir ki, 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç insanların həyatını təhlükəyə atmaq üçün qəsdən yanğın törətməkdə ittiham olunur. O, bu gün məhkəmə qarşısına çıxarılacaq.
İttihamlar Kir Starmerin baş nazir olmamışdan əvvəl yaşadığı Kentiş Toun bölgəsindəki şəxsi evdə baş verən yanğın, eyni küçədə qonşusuna satdığı avtomobilin yandırılması və daha əvvəl yaşadığı İslinqton bölgəsindəki başqa bir ünvanda baş vermiş yanğın olmaqla üç ayrı insidenti əhatə edir. Hadisələrin yüksək vəzifəli dövlət rəsmisi ilə bağlılığı səbəbindən istintaq Terrorla Mübarizə Komandanlığı tərəfindən aparılır.
Kir Starmer Baş nazir seçilənə qədər Kentiş Toundakı ünvanda yaşayıb. Hazırda həmin evi baş nazirin baldızı icarəyə götürüb. Yanğın zamanı evin giriş hissəsinə ziyan dəyib, xəsarət alan olmayıb. Mayın 8-də Starmerin ötən il qonşusuna satdığı avtomobil də eyni küçədə yandırılıb. Digər hadisə isə mayın 11-də, gecə saat 03:00 radələrində İslinqton bölgəsindəki evin giriş hissəsində baş verib. London Yanğın Xidmətinin məlumatına görə, hadisə zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xüsusi tənəffüs avadanlığı ilə təhlükəsiz şəkildə binadan çıxarılıb. Kir Starmer həmin ünvanda 1990-cı illərdə yaşayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












