Bərdədə itkin düşən 17 yaşlı qızı tapa bilmirlər

Bərdə şəhər sakini Xəlilova Gülçin Cəfər qızı 18 mart 2025-ci il tarixində, günorta saatlarında itkin düşüb.
Ailə üzvləri onun axtarışı ilə bağlı Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə müraciət ediblər, lakin axtarışlar hələ ki bir nəticə verməyib.
Avtosfer.az-ın məlumatına görə, Gülçin Xəlilovanın babası Modern.az saytına bildirib ki, axtarışa qoşulan polislər Gülçinin su kanalına düşdüyünü ehtimal edirlər. Qızın telefonu kanalın kənarında olub, araşdırmalar nəticəsində məlum olub ki, 17 yaşlı Gülçin video çəkərək paltarlarını və digər əşyalarını kanala atıb, özünü də kanala atacağını qeyd edib.
"Uşaqlıqdan onu mən saxlamışam. İndiyədək heç bir problemi olmayıb. Sadəcə bir neçə gün əvvəl deyiblər ki, texnikumu bitirənlər sənədlərini universitetə verə bilmir. Sosial iş ixtisasında oxuyurdu, praktikaya da "ASAN xidmət"ə gedirdilər. Taksiyə minərək Qarabağ kanalına gəlib. Son sözü də bu olub ki, "4-5 gün səs çıxmasa, bilin ki, intihar etmişəm”".
Onu da qeyd edək ki, itkin düşən Gülçin Xlilovanın sonuncu dəfə qrup yoldaşı kanal ətrafında görüb.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












