Bərdədə yeni ailə quran qadın öldü - YENİLƏNİB

Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Pərvanə 2025-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra 2003-cü il təvəllüdlü Kənan İmaməliyevə qoşularaq evdən qaçıb. Onların toyu təxminən 8 ay sonra olub.
Bir müddət sonra ər-arvad arasında mübahisə yaranıb, Pərvanə valideynlərinin evinə qayıdıb. Lakin, o, yenidən həyat yoldaşının yanına dönüb.
Hadisə günü yaxınları Pərvanənin mobil telefonuna baxış keçiriblər. Onların iddiasına görə, telefondakı bütün yazışmalar silinmiş vəziyyətdə olub.
Qohumlar hadisənin səbəbinin müəyyənləşməsi üçün prokurorluğun araşdırmasını və ekspertiza rəylərinin nəticələrini gözlədiklərini qeyd ediblər.
***
Bərdədə dəm qazından zəhərlənən ər-arvadla bağlı yeni detal məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, cütlük yeni ailə qurubmuş.
Hadisə zamanı zəhərlənən 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun 2008-ci il təvəllüdlü həyat yoldaşı Pərvanə Hüseynova əslən Ağdam rayonundandırlar.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olublar, 2003-cü il təvəllüdlü Kənan İmaməliyevi və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri - Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin - Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir".
***
Bərdədə ər-arvad dəm qazından boğulublar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Kənan İmaməli oğlu İmaməliyev və arvadı 2008-ci il təvəllüdlü Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları Əliyanlı kəndindəki evdə dəm qazından zəhərləniblər.
Xəstəxanaya yerləşdirilən Pərvanə Hüseynova ölüb, Kənan İmaməliyevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











