Banner

Oyun zamanı skuterlə meydançanın ortasından keçdi - VİDEO

Hadisə 28 Noyabr 2026 13:36
Oyun zamanı skuterlə meydançanın ortasından keçdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Polşa üçüncü divizionunda keçirilən matçın son dəqiqələrində nadir rast gəlinən hadisə baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Stal Stalova Vola” və “Legiya Varşava”nın ehtiyat komandası arasındakı görüşün əlavə vaxtında azarkeşlərdən biri elektrikli skuterlə meydançaya daxil olub.

Təhlükəsizlik əməkdaşlarının təqibinə baxmayaraq, o, yaşıl örtükdə xeyli məsafə qət edib.

İnsident səbəbindən baş hakim oyunu müvəqqəti dayandırmalı olub. Həmin şəxs mühafizəçilərin təqibi altında skuterlə meydanı maneəsiz tərk edərək uzaqlaşıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yadda qalıb. İlk 20 dəqiqədən sonra 0:2 hesabı ilə geri düşən “Stal Stalova Vola” ikinci hissədə oyunun axarını dəyişib və 85-ci dəqiqədə penaltidən vurduğu qolla 3:2 hesablı qələbə qazanıb. Skuterli azarkeş isə məhz hər kəsin matçın başa çatdığını düşündüyü anda səhnəyə çıxıb.

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh