Banner

Bakıda toyda şok hadisə: HƏBS OLUNDU

Hadisə 28 Noyabr 2026 15:00
Bakıda toyda şok hadisə: HƏBS OLUNDU
WhatsApp kanalımıza abunə olun

Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, M. Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. 

O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün masadan uzaqlaşdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

M. Rəhmanov məhkəmənin qərarı ilə həbs edilib.

APA

 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh