Banner

Bakıda çayxanada DAVA: Ölən var - YENİLƏNİB

Hadisə 28 Noyabr 2026 14:45
Bakıda çayxanada DAVA: Ölən var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda bıçaqlanan ata və oğlunun son durumu açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 27-si saat 05:30-da üç nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan iki nəfərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Vəziyyəti kritik ağır qiymətləndirilən bir nəfərin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb".

***13:11
Bakıda ata və oğluna xəsarət yetirən şəxs saxlanılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib. U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib. Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da yaralanıb.

Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov tutularaq istintaqa təhvil verilib.

***
Bakıda qətl hadisəsi olub.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.

Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Həşimov Sabit Sadiq oğlu və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb.

Məlumata görə, hadisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və N. Bünyadlı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh