Türkiyədə itkin düşən qızlar tapıldı - Nazir xəbəri Ərdoğana ağlayaraq çatdırdı - FOTO - VİDEO

Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində Kocaelidən yola çıxan və içərisində 10 uşağın, eləcə də üç əməkdaşın olduğu avtomobil tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı təxminən 10 saat sonra uğurla nəticələnib. Uşaqlar və onlarla birlikdə olan üç nəfər Bolu Rayon Jandarm Komandanlığına gətirilib. Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və daxili işlər naziri Mustafa Çiftçi burada uşaqlarla görüşüblər.
Mustafa Çiftçi axtarış-xilasetmə əməliyyatına ümumilikdə 204 personalın qatıldığını bildirib. Axtarışlara həmçinin dronlar da cəlb edilib.
Nazirin sözlərinə görə, əraziyə göndərilən mobil baza stansiyası vasitəsilə siqnalın gücləndirilməsindən sonra telefonla əlaqə saxlamaq imkanı yaradılıb.
Mustafa Çiftçi həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da prosesi mütəmadi nəzarətdə saxladığını bildirib.
***
Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində Kocaelidən yola çıxan və içərisində 10 uşağın, eləcə də üç əməkdaşın olduğu avtomobillə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Avtosfer.az İHA agentliyinə istinadən xəbər verir ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi bölgəyə axtarış-xilasetmə qrupları göndərildiyini bəyan edib.
Avtomobillə yerli vaxtla saat 15:00-dan (Bakı vaxtı ilə 16:00) etibarən əlaqə saxlamağın mümkün olmadığı qeyd edilib. Avtomobildən son GPS siqnalının Yedigöller Kapankaya ərazisindən alındığı bildirilib.
"Kocaeli Uşaq Evləri Kompleksində yaşayan 14-17 yaş aralığında 10 qız uşağının və üç əməkdaşın iştirakı ilə Bolu Yedigöller-Gölcük Təbiət Parkına birgünlük gəzinti təşkil olunub.
Gəzintidən qayıdarkən avtomobillə əlaqənin kəsilməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib və bölgəyə dronlarla birlikdə axtarış-xilasetmə qrupları göndərilib" , - deyə nazirliyin məlumatında bildirilir.





Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT











