Bıçaqla taksi sürücüsünə hücum edərək avtomobilini qaçırtdılar

Rusiyanın Tümen şəhərinin yaxınlığında, taksi sürücüsünə bıçaqla hücum edən və avtomobilini oğurlayan iki 22 yaşlı oğlan saxlanılıb.
Avtosfer.az bu barədə medianews.az-a istinad edərək xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlar üç həftədən az əvvəl azadlığa buraxılmış təkrar cinayət törədən şəxs və onun dostudur.
Onlar taksi sürücüsünə hücumu əvvəlcədən planlaşdırdıqlarını etiraf ediblər. İki gənc bıçaqlarla silahlanıb taksi çağırıblar. Daha sonra avtomobildə taksi sürücüsünə bıçaqla zərbələr endiriblər. Nəticədə kişi üz və boyun nahiyəsindən çoxsaylı xəsarətlər alıb.
Zərərçəkən şəxs avtomobildən düşdükdən sonra gənclər avtomobili oğurlayıblar. Onlar nömrələri ört-basdır edib qohumlarının yanına getsələrdə gənclər polislər tərəfindən saxlanılıblar.
Faktla bağlı cinayət işi açılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












