“Bina baxımsızdır, qırıq şüşələr uşaqları yaralayıb” - FOTO

Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 8 ünvanında yaşayan sakinlər binanın baxımsız vəziyyətdə olmasından növbəti dəfə şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bu dəfə “Maşınqayırma MTK” tərəfindən tikilən binanın blokunun qapısı üzərindəki qırıq şüşələr övladlarının həyatına təhlükə yaradıb.
Belə bir hal bir neçə gün öncə qeydə alınıb. Azyaşlıların üzərinə düşən həmin şüşə parçaları uşaqları yaralayıb: “Uşaqlar blokun qabağında oynayırmış. Hadisə də elə bu vaxt baş verib. Qapını açmaq istəyəndə üst hissəsindəki qırıq şüşələr onların üstünə tökülüb. Nəticədə də uşaqların alın və qol nahiyələrində belə kəsiklər yaranıb. Həmin vaxt ora nə top atılıb, nə də başqa bir şey...
Şüşə uşaqların başına düşsə, xilas edə bilməzdik. Bundan başqa, oradan daha da azyaşlılar, 2-3 yaşlı uşaqlar keçsəydi, bu zərbəyə dözə bilməzdi. Birinin başına düşsə, elə oradaca qalar. Müraciətlərimizə də baxan yoxdur”.
Məsələ ilə bağlı “Maşınqayırma MTK” ilə əlaqə saxladıq. Şirkətdən saytımıza cavab olaraq bildirildi ki, problem aradan qaldırılıb: “Qırılmış şüşələr oradan yığışdırılıb. Amma onu da deyək ki, o uşaqlar həmin ünvanda yaşamırlar, çox nadincdirlər. Dəfələrlə onlara demişik ki, tikinti olan əraziyə getməyin. Valideynlərinə də xəbərdarlıq etmişik. Topla vurub qonşuların şüşələrini də qırırlar. Hər halda bu təhlükəli vəziyyət idi və həll etdik”.
Qeyd edək ki, sözügedən MTK-dan daha öncə də şikayət olunmuşdu. Belə ki, “Maşınqayırma MTK” ərazidə tikinti işləri aparıldıqdan sonra ətraf təmizlənməmişdi. Həmin zibillər yanğına da səbəb olmuşdu.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














