Bir manata görə "parkovşik"lər dalaşdı: Birinin çənəsi sındı

Bakıda "parkovşik”lər arasında baş verən insidentlə bağlı məhkəmə qərarı verilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən məlumata görə, dava Xətai rayonu, Ağ Şəhər bulvarında yerləşən Zəfər Parkının qarşısında avtomobillərin parklanmasına nəzarət edən şəxslər arasında, cəmi bir manat üstündə baş verib. 1992-ci il təvəllüdlü Nizami Məmmədov (soyad şərti) həmin ərazidə çalışan Tofiq adlı şəxslə mübahisə edib. Belə ki, Tofiq Nizamiyə yaxınlaşaraq, onun əraziyə gələn maşınlardan pul alıb-almadığını soruşub. Nizami isə belə bir halın olmadığını bildirib. Bundan sonra Tofiq ərazidə pul yığan digər "parkovşik”lər haqqında nalayiq ifadələr işlədib. Bu isə Nizamini qəzəbləndirib və o, Tofiqi itələyib, üzünə bir şillə və bir yumruq zərbəsi endirib. Zərbənin nəticəsində Tofiqin alt çənə sümüyü sınıb və o, dərhal polisə müraciət edib. Nizami barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən, Nizami 25 aprel 2025-ci ildən 29 may tarixinə qədər saxlanıldığı müddət nəzərə alınaraq (1 gün - 2 gün hesabı ilə), ümumilikdə 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












