Bir milyona yaxın pul necə leqallaşdırılıb? - VİDEO

Baku TV-nin redaksiyasına ölkə ərazisində gizli fəliyyətlər planlaşdıran və bu səbəblə də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşən, barələrində araşdırma başladılan bir sıra yerli QHT-lər və onların rəhbərləri, həmçinin bəzi xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkarlanan cinayət xarakterli qanun pozuntularına dair etibarlı mənbələrdən məlumatlar daxil olub.
Avtosfer.az xəbər verir ki, mənbənin bildirdiyinə görə, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, “xidmət müqavilələri” adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar.
Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb. Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir. Araşdırmalar zamanı məlum olub ki, bu yolla Məmmədzadə Əhməd Abbas oğlu ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu (“East-West Management Institute (INC)”) ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Bayramov Qalib İbad oğlu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə “Azərbaycanda şəffaflıq tərəfdaşlığı” mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə “Transparency International” təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samur rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Əhmədov Asəf Vahid oğlu ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (“FHI360”) Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, “Gender Port” MMC-də bölmə rəhbəri işləyən Muxtarova Nərgiz Ağarazı qızı ABŞ-nin “Mercy Corps” Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib. Redaksiyamıza daxil olan məlumata görə, bununla əlaqədar olaraq bu il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma”, “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO










