Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi

Ötən ilin avqustunda Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevi ov tüfəngi ilə güllələyərək qətlə yetirən şəxsə hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisəni törədən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadəyə 11 il həbs cəzası verilib.
Bildirilib ki, hadisə qisas zəminində törədilib. 2023-cü ilin noyabrında Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Buna səbəb isə Ruhullanın qardaşının Pərvizin qohumu olan qadınla boşanması və mülkiyyət davası olub.
Atasının qisasını almaq istəyən Ruhulla daha sonra Pərvizin bizneslə məşğul olan və Bakı kəndlərində "Amin Mərdəkanski" adı ilə tanınan qardaşı Amin Xudaverdiyevi izləməyə başlayıb. O, Aminin sahibi olduğu çimərlikdəki obyektdə tək olduğunu görərək silahla içəri daxil olub və atəş açaraq onu öldürüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












