"Bolt"un sürücüsü müştərinin kartından 684 manat oğurlayıb

Bakıda "Bolt” sürücüsü müştərinin telefonunu və pulunu oğrulayıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Elvin adlı taksi sürücüsünün müştərisi mağazaya alış-veriş etməyə gedib. Müştəri bir qədər sonra qayıdaraq Elvinə üzərində nağd pul olmadığını deyərək ondan 2 manat istəyib. Zərərçəkən əlavə edib ki, pulu kartdadır. Dediklərini əsaslandırmaq üçün telefonundakı müvafiq tətbiqi açaraq balansında vəsait olduğunu göstərib. Daha sonra telefonu maşında qoyaraq mağazaya gedib. Müştəri mağazaya tərəf gedərkən Elvin də maşını sürərək ərazidən uzaqlaşıb. O, müştərinin telefonundakı tətbiqdən 684 manat pulu öz kartına köçürüb.
Bir müddət sonra Elvin törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama), 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Elvin özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı ona verilmiş soyğunçuluq ittihamı (180.1) götürülüb. Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












