Bu çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb.
Agentlikdən Avtosfer.az-a bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.
Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















