“Bu nə geyimdir kənddə geyinmisiniz?” sözünə görə bıçaqlanma

Bu ilin fevralında Ordubad rayonunun Dəstə kəndində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim kürsüsündə 2006-cı il təvəllüdlü Namiq Zeynalov (ad-soyad şərtidir) əyləşib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, bıçaqlanmaya səbəb Vüqar Quliyevin (ad-soyad şərtidir) onun geyiminə lağ etməsi olub.
“Kənddə məktəbə tərəf gedəndə bizə söz atdı. Dedi ki, “Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız. Fikir vermədən yola davam etdik. Amma arxamızca gəlib yenə eyni sözləri təkrarladı. “Vorzakon” kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız. Bu nə geyimdir kənddə geyinmisiniz?” dedi”. – 18 yaşlı təqsirləndirilən şəxs bildirib.
Bundan sonra tərəflər arasında ciddi mübahisə yaşanıb və nəticədə yeniyetmə Vüqar Zeynalovu bıçaqlayıb.
Zərərçəkmiş şəxs isə müalicəsinin xərclərinin qarşılandığını, qarşı tərəfdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmünə əsasən Namiq Zeynalov üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və ona bir il altı ay sınaq müddəti müəyyən edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












