Bu qəzaya avtobus zolağı səbəb olub? – Xanım sərnişin AYNA-ya SƏSLƏNDİ - VİDEO

Aprelin 30-da Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ictimai nəqliyyatın təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib. Hadisə zamanı sərnişin avtobusu qəfil qarşısına çıxan "Nissan" markalı, 77-HM-984 dövlət nömrə nişanlı minik avtomobilinə görə kəskin tormozlama edib və bu da qəzaya yol açıb. Eyni zamanda, avtobusdakı sərnişinlərdən bir neçəsi yıxılıb.
Avtosfer.az xəbər verir ki, hadisənin iştirakçısı və zərərçəkən QHT nümayəndəsi Gülnar Nəsiblinin iddiasına görə, görüntülər qəzanın səbəbinin digər sürücünün məsuliyyətsiz manevri olduğunu açıq şəkildə göstərir. O, qeyd edir ki, avtobusun sürücüsü qəzanın qarşısını almağa çalışaraq sərt tormoz verib, lakin toqquşma qaçılmaz olub. Üstəlik, minik avtomobilinin sürücüsü yolda təmizlik işləri gərən qadını vurmaqdan son anda xilas ola bilib.

Daşıyıcı şirkət “BakuBus” MMC hadisədən dərhal sonra zərərçəkənlə əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanıb və avtobus sürücülərinin təlimlərinin artırılacağını bildirib. Zərərçəkmiş xanım bunun üçün şirkətə təşəkkür etsə də, məsuliyyətin yalnız bununla bitmədiyini və Daxili İşlər Nazirliyindən məsuliyyətsiz sürücülərə qarşı sərt cəza gözlədiyini bildirib.
Gülnar Nəsibli, həmçinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətində qeyd edib ki, bəzi yolların sağ və sol zolaqları yaşayış sahələrinə çıxış təmin edir və avtobus zolaqlarına girmədən həmin ərazilərə çatmaq çətinləşir. O, bu vəziyyətin hüquqi və praktiki həllini gözlədiyini bildirib. Onun fikrincə, nəqliyyat vasitələri sağa-sola dönən zaman yolayrıcına azı 20 metr qalmış avtobus zolağına daxil ola bilsə bu cür təhlükəli vəziyyət və qəzalar baş verməz.
“BakuBus” MMC-nin rəsmi cavabında isə vurğulanır ki, son aylarda avtobusların qarşısına qəfil çıxan avtomobillər səbəbindən qəzalarda artım müşahidə olunur. Şirkət ictimai nəqliyyat sürücülərinin üzərinə düşən məsuliyyəti qeyd edir və fərdi sürücüləri diqqətli olmağa çağırır. Eyni zamanda, bu kimi halların qarşısını almaq üçün müşahidə kameralarının görüntülərinin ictimailəşdiriləcəyini bəyan edib.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, müraciətlə əlaqədar Bakı Şəhər DYP İdarəsində araşdırma aparılıb, nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.
Eltac Zülfüqaroğlu
DTX-dən vətəndaşlara çağırış: Azərbaycan nömrələri ilə saxta hesablar yaradılır
Bazar günləri yük avtomobillərinin hərəkətinə icazə verilməsi narazılıq doğurdu
Polisdən əməliyyat: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VİDEO
Milyonluq lüks avtomobil bir neçə dəqiqə ərzində külə döndü - FOTOLAR
Xırdalanda qayda pozan piyada sürücünün hərəkətinə maneə yaratdı - VİDEO
Badamdarda yanğın – FHN hadisə yerinə CƏLB EDİLDİ
Avtobusla velosipedçini çətin vəziyyətə saldı - VİDEO
Bu yolda təhlükə var: Sürücülər təmir zonasını son anda görürlər - VİDEO
Piyada keçidindən istifadə etməyən piyadanı maşın vurdu - VİDEO
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sumqayıtda avtomobil təmiri sexi yandı - VİDEO










