Bulvarda mühafizəçi işini öyrənən şəxsin burnu sındırıldı

Dənizkənarı Bulvar İdarəsində mühafizəçi vəzifəsini öyrənən şəxs ilk iş günündə döyülüb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Ramiz Məmmədov (soyad şərtidir) Dənizkənarı Milli Parkda xuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. O, parkda mühafizə işini öyrənən şəxsin burnunu sındırıb.
Hadisə skuterlərin hərəkətinin qadağan olunduğu ərazidə baş verib. R.Məmmədov üç dostu ilə birlikdə həmin ərazidə skuterlə hərəkət edərkən Milli Parkın mühafizəçiləri tərəfindən ona irad bildirilib. Təqsirləndirilən şəxs iddia edib ki, irad bildirən zərərçəkmiş C.V. mülki geyimdə olub və onunla kobud şəkildə danışaraq "küçük, keç zolağa” deyib.
Zərərçəkmiş isə bildirib ki, Dənizkənarı Bulvar İdarəsində rəsmi olaraq mühafizəçi kimi işləmir: "Hadisədən bir gün əvvəl idarəyə mühafizəçi işi üçün müraciət etmişdim. Mənə dedilər ki, sabah gəl, təlimat al və işi öyrən. Mən də Səməd adlı mühafizəçinin yanında gəzərək prosesi izləyirdim. Ramizə irad bildirdikdən sonra aramızda mübahisə yarandı. Daha sonra ağaclıq əraziyə keçərək əlbəyaxa davaya başladıq. Mən ona "küçük, keç zolağa’ deməmişəm".
Məhkəmənin qərarına əsasən, R.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq motivi ilə) və 221.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, bu müddət ərzində Biləsuvar şəhərinin ərazi hüdudlarını tərk etməməli və elektron qolbaqla nəzarətdə qalmalıdır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












