Çayda 10 nəfərin cəsədi tapılıb

Panamanın cənub-şərqində - Kolumbiya ilə sərhəddə yerləşən Daryen cəngəlliyini keçmək istəyən azı 10 miqrant çayda boğulub.
“Report” xəbər verir ki, bu barədə Panama Milli Sərhəd Xidmətinin açıqlamasında qeyd olunub.
“Alınan məlumata görə, Karreto rayonunun sahilyanı ərazisində suyun təzyiqi altında çayda boğulan 10 miqrantın cəsədi tapılıb”, - qurumdan bildirilib.
Sərhəd Xidmətinin məlumatına əsasən, hökumətin qeyri-qanuni miqrantların axınını daha böyük müdafiəni təmin edən humanitar dəhlizə yönəltmək cəhdlərinə baxmayaraq, transmilli mütəşəkkil cinayətkar şəbəkələr yerli əlaltılarının köməyi ilə qanunsuz keçidlərdən istifadə edərək insanların həyatını ciddi riskə atırlar.
Qeyd olunur ki, miqrantlar üçün xüsusi təchiz olunmuş keçid onları müdafiə və humanitar yardım üçün ixtisaslaşmış patrulların xidmət etdiyi Kanyas Blankas bölgəsinə aparır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












