Cəlilabadda 37 yaşlı kişini qətlə yetirən gənc həbs edildi

Cəlilabad rayonunda 37 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən 2006-cı il təvəllüdlü Orxan Əkbərov həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon Məhkəməsində O.Əkbərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, hadisə mayın 29-da, axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsindəki mənzillərdən birində baş verib.
Şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov evində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












