Cəlilabadda ev belə kül oldu - FOTO

Cəlilabadda evdə yanğın olub.
Avtosfer.az xəbər verir ki, hadisə Cəlilabad rayonun Fətullaqışlaq kəndində qeydə alınıb.
Kənd sakini Samir Babayevə məxsus bir mərtəbəli, təxminən 70 kv-lıq ev tamamilə yanıb. Kənd sakinləri yanğının qarşısını almağa çalışıblar. Evdən hər hansı bir əşya çıxartmaq mümkün olmayıb. Yanğın zamanı evdə olan ailənin 3 övladı dərhal hadisə yerindən uzaqlaşdırılıb. Rayon mərkəzindən 40-50 kilometr uzaqlıqda və meşəlik ərazidə yerləşən kəndə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin müvafiq bölmələri gələrək alovu lokallaşdırıblar. Yanğının genişlənərək meşə massivinə keçməsinin qarşısını alıblar.
İlkin məlumata görə yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
(Apa)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













