Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
***
Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












