Ceyhunun qətli ilə bağlı komandirinə - 5 il həbs tələbi

Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Bu əsasla S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Həmçinin sərbəst mühakimə edilən A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlanmaları üçün aprelin 17-dək vaxt verilib.
Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2023-cü ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün sonra qətlə yetirilmiş halda tapılmışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












