Dəhşətli qətl: segilisinin bıçaqlayıb başını kəsdi, qaçanda maşın vurdu - FOTO
Rusiyada qandondurucu cinayət hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, Moskvaətrafı Dmitrovski rayonunda qeydə alınan cinayət zamanı kişi sevgilisinin başını kəsib və hadisə yerini tərk etdikdən sonra maşın onu vurub.
28 yaşlı Annanın başı kəsilmiş meyitini iyulun 25-də qatilin anası aşkarlayıb.
Məlumata görə, qətl törədən 39 yaşlı İqorun anası oğluna bir neçə dəfə mobil telefonla zəng vurub. Oğlu ilə telefon əlaqəsi qura bilməyən qadın onun evinə gedib və dəhşətli mənzərə ilə qarşılaşıb: döşəmədə başı kəsilmiş və bədəninə bıçaq saplanmış qızın meyitini görüb. Oğlu isə evdə olmayıb.
Qadının polisə məlumat verməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və evin yaxınlığındakı otluq ərazidə çantanın içində qızın kəsilmiş başını tapıblar.
Ekspertlər qızın iyulun 24-də öldürüldüyünü müəyyən ediblər.
Daha sonra məlum olub ki, qətl hadisəsini törətdikdən bir gün sonra İqor kottec qəsəbəsi olan Medovoe yaxınlığındakı magistral yolun hərəkət hissəsində qaçaraq özünü avtomobillərin altına atmağa çalışıb və bir müddət sonra sürətlə hərəkətdə olan maşın onu vurb. Nəticədə İqor açıq kəllə-beyin travması, kəllə sümüyü və qabırğa sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, komadadır.
Qeyd edilir ki, cütlük 2 ilə yaxındır ki, bir yerdə yaşayırmışlar. Qız makler olub, kişi isə tikintidə işləyib. İqor şizofreniyadan əziyyət çəkirmiş və müalicə almağa çalışırmış və Anna da onun diaqnozunu bilirmiş.
Qatilin anası bildirib ki, son vaxtlar oğlunun aqressivliyi daha da artıb və o, bunun öhdəsindən gəlmək üçün həblər qəbul edib. Qətl günü İqor həkimə getməli imiş, lakin bu baş vermədi.
Onu da bildirək ki, İqor əvvəllər sağlamlığa yüngül xəsarət yetirməkdə təqsirli bilinərək həbsxana həyatı da yaşayıb.
Namiq Musayev

Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










