Dənizkənarı yolda maşın quyuya düşdü - VİDEO

Hadisə 4 İyul 2026 12:52
Dənizkənarı yolda maşın quyuya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərinin Pirşağı qəsəbəsində dənizkənarı yolda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, minik avtomobili yol kənarında kanalizasiya kollektoruna düşüb.

İlkin məlumata görə, hadisə gecə saatlarında baş verib. Sürücü və sərnişinlərin yüngül xəsarət aldığı qeyd olunub.

Avtomobilin kanalizasiya kollektoruna düşməsi ilə bağlı ADSEA-ya da sorğu ünvanlamışıq. 

Daha ətraflı videoda: 

 

 

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh