Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi - Vilayət Eyvazovdan VACİB QƏRAR

Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb. Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi. Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib.
Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub. Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi. Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub. Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.
Belə ki, hərbi qulluqçular tərəfindən və hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmiş hərbi xidmət əleyhinə olan, habelə hərbi hissələrin, müəssisələrin və ya təşkilatların fəaliyyəti ilə əlaqədar, yaxud da onların ərazisində törədilmiş cinayətlər hərbi prokurorluqda qeydiyyata alınmaqla statistik hesabatlar Hərbi Prokurorluq tərəfindən tərtib olunaraq Baş Prokurorluğa göndərilirdi.
Həmçinin hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsi barədə norma ləğv edilib.
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO
Vilayət Eyvazov polisləri TƏBRİK ETDİ
Sükan arxasında telefondan istifadə edənlərə XƏBƏRDARLIQ
Etibarnaməsiz saxlanılan sürücünün narkotikin təsirində olduğu üzə çıxdı - FOTO
Yol polisi motosiklet və moped sürücülərini məsuliyyətli olmağa ÇAĞIRIR - FOTO - VİDEO










