Deputat avtomobilində güllələnib

Keniyalı deputat Çarlz Onqondo Vere Nayrobidə güllələnib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Citizen” telekanalı məlumat yayıb.
Yayım korporasiyasının məlumatına görə, insident Keniya paytaxtının yolayrıclarından birində baş verib. Şahidlər iki hücumçunun motosikletdə olduğunu iddia edir. Onlardan biri avtomobildə olan Vereyə yaxın məsafədən atəş açıb, bundan sonra hər iki hücumçu hadisə yerindən qaçıb.
Deputatın sürücüsü sağ qalıb ki, bu da hücum edənlərin ancaq onu hədəfə aldığını göstərir.
Atışmanı yaxınlıqda olan yol polisi əməkdaşları izləsələr də, hücum edənlərin qarşısını ala bilməyiblər. Çarlz Onqondo Vere Nayrobi Xəstəxanasına aparılıb və orada öldüyü məlum olub.
Cinayətin motivləri naməlum qalır. “Daily Nation” qəzetinin məlumatına görə, təxminən iki ay əvvəl Kasipul seçki dairəsini təmsil edən Vere həyatının təhlükədə olduğunu bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












