Deputat Mahir Abbaszadə ilə bağlı yayılan xəbər təkzib edildi - FOTO - YENİLƏNİB

Bu gün bəzi xəbər saytlarında millət vəkili Mahir Abbaszadə barəsində inzibati protokol tərtib olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiya yayılıb.
Avtosfer.az xəbər verir ki, belə bir xəbərin yayılmasına səbəb ad, soyad və ata adının eyniliyi olub.
Belə ki, Abbaszadə Mahir Tapdıq oğlu yol hərəkəti ilə bağlı qayda pozuntusuna görə məsuliyyətə cəlb olunub və iş məhkəmə icraatına götürülüb. Lakin sözügedən şəxs deputat Mahir Abbazsadə deyil, Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur.
Məsələylə bağlı açıqlama verən millət vəkili M.Abbaszadə deyib ki, hər hansı avto-qəza törətməyib, buna görə məsuliyyətə cəlb olunaraq, məhkəməyə verilməyib.
Qeyd edək ki, sözügedən iş Nərimanov rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib. Hakim V.Qurbanov saytımıza açıqlamasında belə bir işin onun icraatına bu gün verildiyini təsdiqləyib:
“Belə bir iş bu gün bizə daxil olub. Səhv etmirəmsə, protokol tərtib olunan və işi məhkəməyə göndərilən şəxs Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. Həmin şəxs Milli Məclisin deputatı Mahir Abbaszadə deyil, başqa adamdır. Sadəcə, soyadı, adı, ata adı təsadüfən eynidir”.
(unikal)
***
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Mili Məclisin VI çağırış deputatı Mahir Abbaszadə barəsində inzibati protokol tərtib edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Mahir Abbaszadə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.
327.8-ci maddə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması - zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə bağlıdır. Maddədən aydın olur ki, Mahir Abbaszadə qəza törədib və nəticədə zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alıb. Maddədə inzibati cəza növü kimi 300 manat məbləğində cərimə edilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 аydаn 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.
Mahir Abbaszadə 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyinat alıb. Deputat kimi isə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO
Ekspedisiya gəmisində epidemiya aşkarlandı
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI










