DİN-in həbs etdiyi narkobarona hökm oxundu

Külli miqdarda narkotik vasitələri satış məqsədilə İran vətəndaşından alaraq evində saxlayan təqsirləndirilən şəxs Ufad Məmmədzadəyə hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Ufad Məmmədzadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki prokuror Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Ufad Məmmədzadə bu ilin yanvar ayının ortalarında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq İrandan əldə edib. O, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan külli miqdar təşkil edən 5 kiloqram narkotik vasitə hesab edilən marixuana ələ keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4. və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












