DİN: Naftalanda ictimai qaydanı pozan Vətən müharibəsi iştirakçılarının sərxoş olmaları müəyyən edilib

Daxili İşlər Nazirliyi (DİN) Naftalanda Vətən müharibəsi iştirakçılarının saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin qanunsuz əməlləri ilə bağlı polis əməkdaşları tərəfindən görülmüş tədbirlər yanlış təqdim olunub.
DİN-dən polisin qanun çərçivəsində tədbirlər gördüyü vurğulanıb:
“Belə ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub. Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib. Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib. Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












