Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şərur Rayon Məhkəməsinin hökmü ilə rayonun Çomaxtur kənd sakini 1963-cü il təvəllüdlü Xəlil Xəlilova 5 il 1 ay həbs cəzası verilib.
O, məhkəmə zalında qandallanıb. Əlavə olaraq onun 2 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.
Bildirilib ki, ağır qəza ötən ilin 11 noyabr tarixində elə Çomaxtur kəndində baş verib. “Mercedes” markalı avtomobillə həyat yoldaşı ilə birgə qohumunun yas mərasiminə gedən Xəlil yolda təsadüfən dostu Qurbanı vurub.
Mərhumun ailə üzvləri bildirib ki, hadisə baş verən gün Qurbanın doğum günü olub. O, təqsirləndirilən sürücü ilə dost olub və vaxtaşırı kənddəki çayxanada domino oynayırmış.
Həmçinin idda edilib ki, hadisə vaxtı Xəlil avtomobili saatda 140 kilometr sürətlə idarə edirmiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












