Doqquz nəfəri öldürüb və doğrayan şəxs edam edilib

Yaponiyada yerli sakin Takahiro Siraisinin doqquz nəfəri öldürüb doğramasına görə məhkəmənin çıxardığı ölüm hökmü icra edilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Kyodo” məlumatlı mənbələrə istinadən məlumat yayıb. Agentlik xatırladıb ki, 2017-ci ildə iki ay ərzində Tokioda bir neçə yerli sakin öldürülüb. Cinayətkar təsadüfən tutulub: itkin düşmüş qızın qardaşı onun şifrələrini bilirdi və nəticədə qatil çıxmış oğlanla yazışmalarını görüb. Şübhəlinin mənzilində axtarış zamanı daha səkkiz nəfərin başları və bədənlərinin digər üzvləri aşkar edilib. Dindirmə zamanı yaponiyalı cinayətləri törətdiyini etiraf edib və “o qədər çox adam öldürmüşəm ki, artıq kimin kim olduğunu xatırlamıram” deyə əlavə edib. Ölənlərin kimliyini müəyyən etmək üçün DNT ekspertizası aparılıb. 2020-ci ilin dekabr ayında məhkəmə Takahiro Siraisini doqquz nəfəri öldürməkdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












