Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı - FOTO

Ukraynada maddi ehtiyacı olan qadınlarla pul müqabilində saxta nikahlar təşkil edən və əcnəbilərin sərhədi qanunsuz keçməsini leqallaşdıran iki Azərbaycan, iki Özbəkistan vətəndaşı saxlanılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Kiyevin Desnyanski Rayon Prokurorluğu məlumat yayıb.
Müəyyən edilib ki, şəbəkənin təşkilatçısı azərbaycanlılardan biri olub. O, bu yolla yaşayış icazəsi əldə etmək istəyən əcnəbilərdən “xidmət haqqı” kimi 3 min ABŞ dollarınadək vəsait alırmış. Qanunsuz nikaha razılıq verən qadınların isə hər birinə 10 min qrivna pul ödənilirmiş. Şəbəkə üzvlərinə Ukrayna Cinayət Məcəlləsinin 27.5 və 332.3-cü bəndləri ilə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə şübhəli bilinir.




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












